9 C
Baku
Friday, December 13, 2024

“AFB Bank” 12 milyon manata yaxın xalis mənfəət açıqladı

“AFB Bank” ASC bu ilin III rübünü 11 milyon 452 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 8 milyon 676 manat idi ki, bu da illik müqayisədə 32% artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Yanvar-sentyabr aylarında “AFB Bank”ın gəlirləri 21 milyon 17 min manat (əvvəlki ilə nisbətən 13% çox) , xərcləri 13 milyon 452 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 292 milyon 501 min manat olub ki, bu da 7.4% artım deməkdir. Bunun 169 milyon 463 min manatı müştərilərə verilmiş  kreditlərdir. Belə ki, 9 ayda bankın kredit portfeli 19% böyüyüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 9.2% artaraq 208 milyon 593 min manata,  balans kapitalı 3.4% artaraq 83 milyon 909 min manat, depozit portfeli isə 1.2% artaraq 118 milyon 681 min manat olub.

Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0.18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

90

f1

Son xəbərlər
Digər xəbərlər