MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən keçirilən konfransda AFB Bank 2017-2018-ci illərin nəticələrinə əsasən Debet Mastercard kartlarının sayını nisbət olaraq ən çox artıran 3-cü bank nominasiyasında mükafat ilə təltif edilmişdir.
MasterCard beynəlxalq ödəniş sisteminin nümayəndələri AFB Bank-ın bu istiqamətdə daha böyük uğurlara nail olmasını arzu etmişdir.
2009-cu ildən fəaliyyət göstərən AFB Bank, mərkəzi ofisindən əlavə regionlar daxil olmaqla ümumi 10 filialı, 5 şöbəsi, eyni zamanda 300-dək POS-Terminalı və ölkə üzrə 59 bankomatı əhatə edən xidmət şəbəkəsinə malikdir.
Məlumat Mərkəzi: (+994 12) 565 65 56