17 C
Baku
Friday, May 3, 2024

“AFB BANK” tender elan edir

®Tenderin adı: “AFB BANK” ASC tərəfindən  EDR/XDR proqram təminatının satın alınması.

Tenderin elan tarixi: 25.12.2023

Tenderin son tarixi : 25.01.2024

30.12.2023 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.

25.01.2024 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 1 il iş fəaliyyəti olması tələb olunur.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

    • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
    • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
    • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
    • Oxşar layihələrdəki iştirakı haqqında məlumat;
  • Oxşar layihələrdə qurulma,sazlama və iş təcrübəsinin olması
  • Partnyor şirkət vendor ilə rəsmi tərəfdaş olmalı 
  • tender təklifi 15.02.2024 tarixinə kimi  qüvvədə olmalıdır;
  • tövsiyyə məktubu

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə   30.12.2023-cü il -tarixinə kimi   poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 )  ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər