6 C
Baku
Sunday, December 15, 2024

“AFB BANK” tender elan edir

®Tenderin adı: “AFB BANK” ASC tərəfindən informasiya təhlükəsizliyi hadisələri və hadisələrin idarə olunması sistemi üzrə proqram təminatının (SİEM) satın alınması 

Tenderin elan tarixi: 24.05.2024

Tenderin son tarixi: 20.06.2024

04.05.2024-cü il tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.

20.06.2024-cü il tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Proqram təminatına dair ümumi texniki tələblər:

  1. Real vaxt analizi, qrafik və hesabat funksiyaları, hadisələrin izlənilməsi, təhlili və idarəedilməsi xüsusiyyətləri;
  2. Məhsulun müxtəlif vendor məhsulları ilə inteqrasiya edilə biləcək açıq standartlara uyğun olması;
  3. Müddətsiz (perpetual) lisenziya;
  4. Təklif olunan məhsulun texniki dəstək və təlim xidmətləri olmalı;
  5. Mövcud təhlükəsizlik sistemləri ilə (IDS/IPS, zərərli proqramlar əleyhinə, şəbəkə monitorinqi və s.) inteqrasiyası mümkün olmalıdır;
  6. Tenderə təklif verən şirkətlərdən məhsulun təqdimatı və ya pilot testi tələb edilə bilər;

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
  • İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Daha əvvəl həyata keçirilmiş layihələr və istifadəçi referansları;
  • tender təklifi 31.12.2024 tarixinə kimi qüvvədə olmalıdır

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

  • Optimal qiymət təklifi;
  • Sənədləşmənin tələb olunan qaydada təşkili;
  • Sifarişin vaxtında və düzgün qaydada icrası;

Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 04.05.2024-cü il tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və texniki tələblər göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ([email protected]) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66) ilə əlaqə saxlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər