24 C
Baku
Friday, April 26, 2024

Ağ Ev: ABŞ Əfqanıstanda əməliyyatları davam etdirəcək

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ hakimiyyətinin Əfqanıstanda antiterror əməliyyatları keçirmək hüququnu özündə saxlayacağını bildirib. O qeyd edib ki, bu, ilk növbədə Əl-Qaidə qruplaşmasına aiddir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Con Kirbi bildirib ki, Əfqanıstanda hələ də az sayda Əl-Qaidə əməliyyatçısı var. Təşkilatın lideri, Usam ben Ladenin sağ əli Ayman əl-Zəvahir iyulun 31-də Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatı zamanı öldürülüb.

ABŞ 30 avqust 2021-ci ildə Taliban hərəkatının nümayəndələri hakimiyyətə gəldikdən sonra qoşunlarını Əfqanıstandan çıxarıb. Bundan sonra Taliban Əl-Qaidə terrorçularını Əfqanıstana buraxmayacağına söz verib. ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, Taliban ona Əfqanıstana sığınmağa icazə verməklə öhdəliklərini pozub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər