-1 C
Baku
Saturday, December 14, 2024

Ağ Ev İranda “Starlink”i işə salmaq üçün İlon Maskla danışıqlar aparır

Ağ Ev amerikalı milyarder İlon Maskla “SpaceX” şirkətinə məxsus “Starlink” peyk internet xidmətini İranda aktivləşdirmək üçün danışıqlar aparır.

Peyk vasitəsilə əsaslı internet xidməti iranlılara internetə və sosial media platformalarına daxil olmağa kömək edə bilər.

ABŞ administrasiyası rəsmisinin sözlərinə görə, Vaşinqton iranlıları telefonlarından və digər cihazlardan internetə çıxışla təmin etməkdə maraqlıdır.

“Beləliklə, “Starlink” bir seçimdir. ABŞ hökuməti İran xalqının istəklərini dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə çalışır”.

Qeyd edək ki, sentyabrın 18-də “SpaceX” daha 54 kiçik Starlink peykini Yer orbitinə çıxarıb.

Son xəbərlər
Digər xəbərlər