17 C
Baku
Thursday, May 2, 2024

AGA Group-un törəmə şirkəti 12 investordan faizli borc cəlb edir – yenilənib

Saat 17:00/ 25 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin tədavül müddəti 12 (on iki) təqvim ayı olan AZ2009022289 dövlət qeydiyyat nömrəli, 5,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 12 investor tərəfindən 12 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11.5 % , faiz ödənişləri 1 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 5,000,000.00 manat təşkil etmişdir.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 5,000,000.00 manat təşkil etmişdir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
İstiqrazların ödəmə tarixi 25 yanvar 2023-cü il.

 


Saat 11:54 / 25 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin kapital bazarlarında istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir.

5 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqrazların tədavül müddəti 12 ay, ödəniş faizi isə 11.5 %-dir.

Açılış mərasimində emitent olaraq “Ferrum Kapital” QSC-nin icraçı direktoru Arif Əliyev, birja üzvü və anderraytinq tərəfindən “Unicapital İnvestisiya Şirkəti” ASC-nin baş menecer müavini Tələt Kalayev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “Ferrum Kapital” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Ferrum Capital 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədiylə yaradılıb. Bakıda biznes mərkəzlərinə sahib olan “AGA Group” şirkətlər qrupu ailəsinin bir üzvüdür. Şirkətimizin əsas missiyası Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olaraq kiçik və orta sahibkarların maliyyə problemlərini həll etməkdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər