2 C
Baku
Saturday, December 14, 2024

“AGA”nın BOKT-u borclara girib, kreditlər verir

“AQA Şirkətlər Qrupu” QSC-nin (AGA Group) bank olmayan kredit təşkilatı “City Finance” MMC 2021-ci il üzrə audit hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, BOKT 2021-ci ildə “Ziraat Bank Azərbaycan” ASC və ana şirkətinin törəməsi sayılan “Ferrium Capital” MMC-dən borc vəsaitləri cəlb edib, onları avto və istehlak kreditlərinə yönləndirib.

2021-ci ildə “Ferrium Capital”a olan 2.15 mln. manatlıq borcunu 8.64 mln. manata çatdırıb, “Ziraat Bank Azərbaycan”dan isə 2.5 mln. manatlıq kredit cəlb edib. Bununla da onun ümumi müddətli borcları 11.14 mln. manata yüksəlib.

Bu borc vəsaitlərindən sonra onun müştərilərə verdiyi kreditlərin həcmi 7.35 mln. manatdan 18.05 mln. manata yüksəlib. Kredit təşkilatı ötən il avtokrditlərini 340 min manatdan 6.06 mln. manata, istehlak kreditlərini 5.88 mln. manatdan 10.11 mln. manata və şirkətlərə verdiyi kredit isə 1.59 mln. manatdan 2.33 mln. manata yüksəlib.

Hesabat müddətində 457 min manat kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyat ayırıb.

Qeyd edək ki, “City Finance” BOKT 2021-ci ildə 2.9 mln. manat faiz gəliri əldə etmiş, bunun 2.59 mln. manatı istehlak üzrə kreditlərdən daxilolmadır. Bununla belə o 802 min manat cəmi inzibati xərclər çəkib.

Beləliklə, ötən il 1.7 mln. manatlıq xalis mənfəət əldə edib.

3e3e432424234234324233e3e

Son xəbərlər
Digər xəbərlər