“AGBank” ASC-nin qiymətli kağızlarının delistinq edilməsi qərarı verilmişdir.
Bu barədə Bakı Fond Birjası məlumat verir.
Listinq Komitəsi tərəfindən Bakı Fond Birjasının listinq qaydalarının 13.1.2-ci bəndinə əsasən “AGBank” ASC-nin standart bazar seqmentində listinqdə saxlanılan səhmlərinin delistinq edilməsi qərarı alınmışdır. Qeyd edək ki, Bakı Fond Birjasının listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək və qiymətli kağızlar ticarətdən çıxarılacaqdır.