32 C
Baku
Tuesday, June 18, 2024

Ağcabədi rayon sakini lotereyada 200 min manat qazandı

“40.000.000 Pul Yağışı” lotereyasında növbəti böyük uduş – 200.000 manat qazanıldı.
Banker.az xəbər verir ki, bu lotereyada olan böyük uduş Azərbaycan ani lotereya oyunlarında tarixində ən böyük məbləğdir.
Bu böyük uduşun şanslı qalibi Ağcabədi rayon sakini Cahandar Süleymanov oldu. C.Süleymanov bir müddətdir lotereya oynadığını və qazandığı üçün çox sevindiyini bildirib. “Əvvəlcə gözlərimə inana bilmədim. Bileti bir daha yoxladım. Çox xoşbəxtəm. Udduğum məbləğin bir qismini Yaşat Fonduna verməyi düşünürəm” deyə, o, qeyd edib.
Son xəbərlər
 ⁠
Digər xəbərlər