-1 C
Baku
Sunday, December 15, 2024

Ağdam rayonunda avtovağzal tikilir, layihə işi 466 min manata başa gələcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs “Abicon” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ağdam rayonunda avtovağzalın tikintisinin layihə smeta sənədlərinin hazırlanması işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 465 510 manatdır.

Xatırladaq ki, “Abicon” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı  100 manatdır və qanuni təmsilçisi Amin Seyfullayevdir.

Son xəbərlər
Digər xəbərlər