9 C
Baku
Thursday, December 12, 2024

Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur

Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır.

Bunu 20 Noyabr – Ağdam Şəhəri Günü ilə bağlı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

“Ümumiyyətlə, Ağdam rayonu üzrə bir çox layihənin icrası nəzərdə tutulur. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə, ümumilikdə, 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub”, – deyə o əlavə edib.

Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 3 il ötür. Bu gün – noyabrın 20-də şəhər erməni işğalçılarından azad edilib. Prezident İlham Əliyev imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər