10 C
Baku
Wednesday, December 11, 2024

Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə köç ilin sonuna qədər başlayacaq

Bu gün biz azad olunmuş əraziləri minalardan və partlamamış sursatlardan təmizləməkdəyik.

Bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ağdam şəhərində keçirilən “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyada çıxışı zamanı deyib.

“Düşmənin ölü zonaya çevirdiyi Ağdam xarabalıqları üzərində infrastruktur yaradılır, mədəni abidələr bərpa edilir. Bu ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə köç başlayacaqdır”, – o bildirib.

Onun sözlərinə görə, bu ilin sonun qədər Kəngərli kəndinə 292 ailə, Xıdırlı kəndinə 719 ailə, Sarıcalı kəndinə isə 203 ailə köçürüləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər