6 C
Baku
Sunday, December 15, 2024

“Agro Food İnvestments”in yeni yaradılmış şirkətinə 1 mln. əlavə “maya” qoyulub

“Agro Food İnvestments” MMC-nin portfelində yeni yaradılmış aqrar şirkət “Zəfər Bağları” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, aqrar şirkətin kapitalı 10 min manatdan 1  milyon 10 min manata çatdırılıb.

Bu bağlar Ağdam rayonun ərazisində salınıb.

“Agro Food Investments MMC (AFI) Azərbaycanın ən böyük aqrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı, çay emalı müəssisəsi və çay plantasiyaları, zeytun yağı və süfrəlik zeytun yağı istehsalı, minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir.

Şirkətlər qrupunun qanuni təmsilçisi Vahid Novruzovdur.

Agro Food İnvestments qrupunun idarəetməsində olan törəmə şirkətlər aşağıdakılardır:

Şirkətlər:

  • Agrarco MMC
  • Aqrovest MMC
  • Astaraçay MMC
  • Azbadam MMC
  • Azrose MMC
  • Gala Olives MMC
  • Grand Agro Invitro MMC
  • Grand Agro MMC
  • Lecheq Farm And Distillery MMC
  • Şəmkir Agropark MMC
  • Zəfər Bağlari MMC

Brendlər:

  • “Naturall” ümumi çətir brendi
  • “Olivea” (zeytun yağı və süfrəlik zeytun)
  • “Aqrovest” meyvə və fındıq
  • “Astaraçay” çay
  • “Filli” çay
  • “AZtea” çay
  • “Azbadam” badam
Son xəbərlər
Digər xəbərlər