7 C
Baku
Sunday, December 15, 2024

Aİ bu gün enerji böhranı ilə bağlı təkliflər paketini təqdim edəcək

Bu gün Avropa İttifaqı (Aİ) üzv ölkələrə enerji böhranının həlli istiqamətində təkliflər paketini təqdim edəcək.

Bu barədə Aİ-nin enerji komissarı Kadri Simson enerji nazirlərinin fövqəladə iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Bu gün mən Aİ-nin enerji nazirlərinə enerji bazarında fövqəladə vəziyyət, qiymət artımlarının yumşaldılması və enerji üçün maliyyə bazarlarının sabitləşdirilməsi ilə bağlı beş təklifdən ibarət paket təqdim edirəm. Rusiya qış fəslində enerji böhranını daha kəskinləşdirmək, bizi siyasi cəhətdən bölmək və iqtisadiyyatımızı zəiflətmək üçün qaz təchizatından silah kimi istifadə edir. Biz əmin olmalıyıq ki, onların bu səyləri uğursuzluğa düçar olacaq”, – Kadri Simson bildirib.

O vurğulayıb ki, kiçik şirkətləri və əhalini artan enerji qiymətlərinin mənfi təsirlərindən qorumaq üçün addımlar müzakirə olunacaq.

Kadri Simson qeyd edib ki, bu gün təklif olunacaq paket daha çox qısa müddətli məsələlərə yönəlib lakin uzun müddətli strategiya üzərində işlər davam edir.

“Mən Əlcəzairdə oldum, bir müddət əvvəl Azərbaycanda səfərdə idim, bu həftə sonu Norveç naziri ilə görüşümüz planlaşdırılır. Düşünürük ki, ABŞ da daxil olmaqla, bizim beynəlxalq tərəfdaşlarımız bizi dəstəkləyə bilər”, – Kadri Simson əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər