16 C
Baku
Thursday, May 2, 2024

Aİ enerji asılılığının aradan qaldırılması istiqamətində Azərbaycanla da işləyir

Aİ enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycanla işləyir.

Bu barədə Belçikadan olan “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Çevilli Azərbaycan beyin mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.

“Enerji asılılığının aradan qaldırılması və problemin həll olunması istiqamətində Aİ digər tərəfdaşlarla işləyir ki, bunlar arasında Azərbaycan da var və Avropa həmçinin, Mərkəzi Asiya regionunun potensialı ilə də maraqlanır. Lakin bu əməkdaşlıq üçün Qərblə Şərq arasında koridorun yaradılması vacibdir burada da Zəngəzur koridorunun vacibliyi bir daha meydana çıxır”, – Vitold de Çevilli qeyd edib.

O, həmçinin, çıxışında azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulması, transport layihələrinin sürətlə tikilməsini də vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər