7 C
Baku
Sunday, December 15, 2024

Aİ liderləri Türkiyədəki zəlzələ ilə bağlı donorlar konfransında iştirak edəcəklər

Avropa İttifaqı və İsveçin dövr sədrliyi Türkiyədə baş verən zəlzələ ilə bağlı donorlar konfransı keçirəcək.

Bu barədə Türkiyəyə səfəri çərçivəsində İsveç xarici ticarət naziri Yohan Forssell bildirib.

O qeyd edib ki, konfransda Aİ-yə üzv olan dövlətlərin ən yüksək səviyyədə təmsil edilməsi gözlənilir. Forsellin sözlərinə görə, bu konfrans vasitəsi ilə Türkiyəyə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün ciddi dəstəyin sərgilənməsi mümkün olacaq.

Nazir əlavə edib ki, konfransın və ayrılacaq yardımın yol xəritəsinin detalları yaxın günlərdə bəlli olacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər