3 C
Baku
Saturday, December 14, 2024

Aİ-nin yeraltı anbarlarında qazın həcmi 90 mlrd. kubmetrə yaxınlaşıb

Avropa İttifaqı ölkələrində qışa hazırlıq çərçivəsində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 82%-ə yaxınlaşıb.

Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, hazırda qeyd olunan göstərici 81.92% təşkil edir və Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 88.6 mlrd. kubmetrə yaxındır.

Qeyd olunub ki, qazvurma templəri hazırkı səviyyədə (gündəlik 0.4% bəndi civarında – red.) qalsa və kəskin soyuqlar baş verməsə, Avropa şirkətləri sentyabrın sonuna qədər qaz anbarlarını 90% dolduracaq.

Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər