2 C
Baku
Saturday, December 14, 2024

Aİ ölkələri qaz anbarlarını 80%-dən çox doldurub

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 80%-i ötüb.

Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, hazırda qeyd olunan göstərici 80.17% təşkil edir.

Çərşənbə axşamı günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Birliyinin qaz anbarlarının orta dolumluluq səviyyəsinin 80%-ə çatdığını bildirib.

Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər