2 C
Baku
Saturday, December 14, 2024

Aİ ölkələri Rusiya neftinin tavan qiyməti ilə bağlı razılığa gələ bilməyiblər

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Rusiya neftinin tavan qiymətinin tətbiqi ilə bağlı vahid qərara gələ bilməyiblər.

Bunu energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson da təsdiqləyib.

O, danışıqların davam etdiriləcəyini bildirib.

Mənbələrin məlumatına görə, səfirlər Rusiya neftinin bir bareli üçün 65-70 dollar diapazonunda tavan qiymətin tətbiqi imkanlarını müzakirə ediblər.

Müzakirə zamanı Polşa və Baltikyanı ölkələr kimi Rusiyanı “cəzalandırmaq” istəyən üzvlərlə neftin dənizlə daşınmasından gəlirin əhəmiyyətli hissəsini əldə edən dövlətlər (Yunanıstan, Kipr, Malta), eləcə də hədd səviyyəsinin çox aşağı olduğuna və bunun dünya neft ticarətinə xələl gətirmək təhlükəsi olduğuna əmin olan nümayəndələr arasında kəskin fikir ayrılıqları müəyyən edilib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər