15 C
Baku
Friday, March 29, 2024

Aİ Rusiyadan tədarük etdiyi təbii qazı bərpa olunan enerji ilə əvəz edə bilər

“Avropa İttifaqı Rusiyadan aldığı təbii qazın qalan həcmini bərpa olunan enerji ilə əvəz edə bilər”.

Bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

“Biz hələ də Rusiyadan bir qədər qaz alırıq, lakin onu bərpa olunan enerji ilə əvəz edə bilərik”, – o deyib.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ötən ilin 8 ayı ərzində Rusiyadan Aİ-yə təbii qaz nəqlinin həcminin 80% azaldığını bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər