8 C
Baku
Thursday, December 12, 2024

Aİ Rusiyaya qarşı əlavə sanksiyaları və Ukraynaya yardımı müzakirə edəcək

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin dövlət və hökumət başçıları oktyabrın 6-7-də Praqada keçiriləcək qeyri-rəsmi sammitdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini, Ukraynaya əlavə hərbi və maliyyə yardımı, həmçinin “Şimal axını”nda diversiyadan sonra mühüm infrastrukturun qorunması məsələlərini müzakirə edəcəklər.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel iclas ərəfəsində Aİ ölkələrinin liderlərinə ünvanladığı məktubda bildirib.

Onun sözlərinə görə, Ukraynada silahlı münaqişə tüğyan etməkdə davam edir, bununla əlaqədar Aİ ölkələri vahid və qətiyyətli cavab verməlidirlər.

“Ukrayna və onun xalqı ilə həmrəyliyimiz sarsılmaz olaraq qalır. Müharibəyə son qoymaq üçün Rusiyaya təzyiqləri daha da gücləndirmək üçün məhdudlaşdırıcı tədbirlərimizi artırmağa davam edəcəyik. Görüşümüzdə Ukraynaya güclü iqtisadi, hərbi, siyasi və maliyyə təminatını lazım olduğu qədər davam etdirilməsini müzakirə edəcəyik. Biz kritik infrastrukturumuzu ən yaxşı şəkildə necə qoruya biləcəyimizi də nəzərdən keçirəcəyik”, – o yazıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər