Aİ Şurası Ukraynaya 18 milyard avroluq yardımı təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini təsdiqləyib.

Bu barədə Aİ Şurası bəyanat yayıb.

“Şura Aİ-nin 2023-cü il ərzində Ukraynaya 18 milyard avro məbləğində maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib”, – qeyd edilib.

Bildirilib ki, 18 milyard avroluq kredit 10 illik güzəştli şərtlərlə təqdim olunur.

Aİ Şurasının bu təklifi gələn həftə Avropa Parlamentinə göndəriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər