17 C
Baku
Saturday, May 18, 2024

Aİ taxıl müqaviləsinin uzadılmamasının “fəlakətli nəticələri” barədə xəbərdarlıq edib

Avropa İttifaqının (Aİ) Rusiyadakı nümayəndəliyi taxıl müqaviləsinin uzadılmadığı təqdirdə fəlakətli nəticələrdən danışıb, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

“Taxıl müqaviləsi uzadılmasa, fəlakətli nəticələr gözləyə bilərik, çünki həm Ukrayna, həm də Rusiya qlobal miqyasda sistemli oyunçulardır”, – mesajda deyilir.

Nümayəndəlik bildirib ki, “Rusiya taxıl müqaviləsinin müddətinin uzadılması üçün çox vaxt sazişin məqsədləri ilə bağlı olmayan yeni və mürəkkəb şərtlər irəli sürür”. Nümunə kimi onlar kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələrinin Aİ-dən Rusiyaya ixracını göstəriblər.

Taxıl müqaviləsi bağlanandan bəri Moskva Rusiya gübrələrinin tədarükü ilə bağlı şərtləri yerinə yetirməkdə israrlı olduğunu dəfələrlə bəyan edərək, müqavilənin bu hissəsinin yerinə yetirilmədiyini göstərir. Buna baxmayaraq, martın ortalarında Rusiya onun müddətinin uzadılmasına razılıq verib.

Aprelin 17-də Peskov bildirib ki, Rusiya gübrələrinin ixracını nəzərdə tutan taxıl müqaviləsinin ikinci hissəsinin icrasına dair vəziyyətin yaxşılaşması ilə bağlı vəziyyət “yaxşılaşmağa meylli deyil”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər