-1 C
Baku
Sunday, December 15, 2024

Aİ ukraynalı qaçqınlara dəstək üçün 433 milyon avro ayıracaq

Ukraynalı qaçqınlara dəstək məqsədilə Belçika, İtaliya və Lüksemburqa Avropa İttifaqının ümumi fondlarından əlavə 433,79 milyon avro ayrılacaq.

Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

Vəsait qaçqınlara məşğulluq və səhiyyə sahəsində dəstək olmaq üçün ayrılır.

Avropa Sosial Fondundan Belçikaya verilən 33,4 milyon avro iş tapmaqda təşkilatlanma, məsləhət və dəstək sisteminin gücləndirilməsinə sərf olunacaq. Məqsəd Ukraynadan olan qaçqınları əmək bazarına inteqrasiya etməkdir.

Lüksemburqda Aztəminatlılar Fondu ehtiyacı olanlara ərzaq yardımını artırmaq üçün 390 min avro ayıracaq. Bu, təkcə aztəminatlı ailələrin ehtiyaclarına deyil, həm də pandemiyanın sosial nəticələrinin yaratdığı yeni ehtiyacları qarşılamağa imkan verəcək.

İtaliyaya ayrılan vəsait səhiyyə sisteminin yükünü yüngülləşdirməyə, qaçqınların işə qəbulunu artırmağa və işlədiyi əlavə saatların xərclərini ödəməyə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər