-1 C
Baku
Sunday, December 15, 2024

Aİ Ukraynaya hərbi təlimçilər göndərəcək

Avropanın və Amerikanın kəşfiyyat xidmətləri Ukrayna ilə bağlı bütün mümkün ssenarilər üzərində işləyir”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Welt”ə müsahibəsində deyib.

İtaliyada partlayış qurbanlarının sayı 6-ya çatıb
Britaniya parlamentinə girməyə cəhd edən şəxs saxlanılıb
Fransada yeni ştamla əlaqədar məhdudiyyətlər sərtləşdirilir
“Hərbi işğalı tamamilə istisna etmək olmaz, lakin başqa, daha az ekstrimal ssenarilər də var ki, mən onlardan narahatam. Hibrid taktikalarla Kiyevdə hökumətin sabitliyinin pozulması, Ukrayna əsgərləri ilə Donbassdakı separatçılar arasında daha çox gərginliyin yaradılması və ya Avropaya daha az qaz ixracı ilə təzyiq göstərmək bu ssenarilərdəndir”, – Cozep Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, Avropa Ukraynaya başqa müttəfiqlərindən daha çox dəstək verir: “Son bir neçə il ərzində biz davamlı olaraq Ukraynaya milyardlarla maliyyə yardımı göstərmişik. Biz bu ölkə ilə qarşılıqlı ticarəti genişləndiririk və iqtisadi əlaqələrimizi intensivləşdiririk. Məsələn, keçən həftə Ukrayna ordusuna əlavə 31 milyon avro yardım barədə qərar qəbul olundu. Bu vəsait logistika və kiberhücumlara qarşı mübarizə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Bizim həmçinin 2014-cü ildən bəri ölkədə 80-dən çox əməkdaşımızın olduğu (EUAM Ukrayna) missiyamız var ki, bu da ölkəyə mülki təhlükəsizlik sektorunda, xüsusən də polis və prokurorluq orqanlarında islahatların aparılmasına kömək edir”.

C. Borrell deyib ki, bütün bunlar Ukraynanın daxili və xarici təhdidlərə qarşı daha dayanıqlı olmasına istiqamətlənib.

Ali Nümayəndə qeyd edib ki, Aİ Ukraynaya Hərbi Məsləhət və Təlim Missiyası göndərmək barədə düşünür: “Avropalı hərbi təlimçilər Ukrayna ordusunda rəhbər kadrlar hazırlayacaqlar. Biz artıq ukraynalılara nələrin lazım ola biləcəyi, hansı yardımın göstərilməsi, missiyanın neçəyə başa gəlməsi və kimlərin iştirak edəcəyi barədə qiymətləndirmə aparmışıq. Mən tezliklə Aİ-yə üzv dövlətlərə müvafiq təklif təqdim edəcəyəm”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər