Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderlərinin videokonfrans formatında görüşü keçiriləcək.
Bu barədə Aİ Şurası Prezidentinin mətbuat katibi Barend Leyts bildirib.
Onun sözlərinə görə, yanvarın 21-də Aİ-yə üzv 27 ölkənin liderləri COVID-19-a qarşı koordinasiyalı reaksiya ilə bağlı müzakirələr aparacaq.
Videokonfrans formatında keçiriləcək görüşə Aİ Şurasının prezidenti Şarl Mişel sədrlik edəcək.