14 C
Baku
Thursday, April 25, 2024

AİB: İnnovasiyalar Azərbaycana kənd təsərrüfatını inkişaf etdirməkdə kömək edəcək

Azərbaycanda kənd təsərrüfatı sahəsində müasir metod və mexanizmləri tətbiq etməklə əmək məhsuldarlığını artırmaq olar.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiyada kənd təsərrüfatının inkişafı ilə bağlı icmalında deyilir.

AİB hesab edir ki, Azərbaycan hasilat mənbələrinə deyil, bərpa olunan mənbələrə arxalanaraq iqtisadiyyatını daha dayanıqlı etməlidir.

İcmalda, həmçinin qeyd edilir ki, Azərbaycanda taxılçılığa böyük diqqət ayrımasına baxmayaraq, ölkədəki şərait bağçılıq üçün daha yararlıdır.

Xatırladaq ki, Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının ən böyük investorlarından biridir. Ölkənin 1999-cu ildə AİB-ə üzv olduğu vaxtdan bəri, Azərbaycan Bankdan 4 milyard dollardan çox kredit alıb.                                                       Trend 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər