23 C
Baku
Friday, April 19, 2024

“Akkord” korporasiyasının gəlirləri təxminən iki dəfə azalıb

“Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC 2018-ci ildə 12,5 milyon manat məbləğində mənfəət əldə edib. Bununla birlikdə, əvvəlki ildə olduğu kimi, holdinqin konsolidə edilmiş maliyyə hesabatında ödənilən mənfəət vergisi üzrə göstəricilər yoxdur.

2018-ci ildə “Akkord” və onun törəmə müəssisələrindən satılan mallar və görülən işlər üzrə daxilolmaları 108,1 milyon manat təşkil edib. Bu, əvvəlki ilə nisbətən 52,8% azdır. Gəlirlər Azərbaycan ərazisində (72,9 milyon manat) və ölkə xaricində (35,1 milyon manat) əldə edilib. Satışların maya dəyəri və tikinti-quraşdırma işlərinin dəyəri nəzərə alaraq şirkətin ümumi mənfəəti 34,3 milyon manat təşkil edib. İnzibati və ümumi xərclər (14,1 milyon manat) 2018-ci ildə 9 milyon manat azalıb. Borc kreditlər üzrə xərclər 7,8 milyon manat təşkil edib.

MənbəTuran
Son xəbərlər
Digər xəbərlər