6 C
Baku
Sunday, December 15, 2024

Aktiv neft və qaz qazma qurğularının sayı son 3 ilin maksimumuna çatıb

Bu ilin fevral ayında dünyada aktiv neft və qaz qazma qurğularının sayı ardıcıl ikinci ay artıb və demək olar ki, son ilin – 2020-ci ilin martından indiyədək maksimum həddinə çatıb.

Bunu ABŞ-ın “Baker Hughes” neft xidmətləri göstərən şirkətinin məlumatları göstərir.

Ötən ay dünyada orta hesabla 1 921 qurğu fəaliyyət göstərib. Yanvarda bu göstərici 1 889 olmuşdusa, 2022-ci ilin fevralında son rəqəmdən 252 vahid az idi.

ABŞ-da keçən ay qurğuların sayı yanvarla müqayisədə 14 ədəd azalaraq 758-ə düşüb. Kanadada isə bu rəqəm 22 vahid artaraq 248-ə çatıb.

Afrikada qazma qurğularının sayı son bir ayda 2 ədəd artıb və 94-ə çatıb. Bu, 2020-ci ilin aprelindən bugünədək maksimum göstəricidir. Latın Amerikasında qurğuların sayı 11 ədəd (181 olub), Yaxın Şərqdə isə 9 ədəd artıb (327 olub). Eyni zamanda, Avropada say 6 ədəd (111 olub), Asiya-Sakit okeanı regionunda isə 2 ədəd (202 olub) azalıb.

Qeyd edək ki, “Baker Hughes” 1944-cü ildən aktiv qazma qurğuları haqqında məlumatları dərc edir. Şirkət əvvəlcə yalnız ABŞ və Kanada üzrə, 1975-ci ildən isə bütün dünya üzrə məlumat toplayır.

İşləyən qazma qurğularının sayına görə tarixi maksimum 1981-ci ildə qeydə alınıb – 5 624 qurğu. Minimum say isə 2020-ci ildə qeydə alınıb – 1 352 qurğu.

Son xəbərlər
Digər xəbərlər