23 C
Baku
Saturday, April 20, 2024

Aktivlərin dəyərinin qiymətləndirilməsi

Uğurlu və çiçəklənən biznesin təşkilindən ötrü tez-tez aktivlərin dəyərinin peşəkar qiymətləndirilməsi tələb olunur. Bu növbəti hallarda olduqca zəruridir:

1. Əgər siz maksimal dərəcədə faydalı şərtlərlə daşınar və ya daşınmaz əmlak satmağa və ya almağa hazırlaşırsınızsa;
2. Əgər siz növbəti sadalanan hallar zamanı əmlakın real dəyəri haqqında məlumat əldə etmək istəyirsinizsə – əmlakı özgəninkiləşdirmə, girov qoyma, nizamnamə kapitalına daxil etmə, lizinq, sığorta və icarə zamanı;
3. Əgər siz öz aktivlərinizin və ya biznes-ortaqlarınızın aktivlərinin dəyərini bilmək istəyirsinizsə;
4. Əgər sizə hüquqi qüvvəyə malik olan və məhkəmə tərəfindən tanınan analitik hesabat formasında hazırlanmış təsdiqedici sənəd lazımdırsa.

Torpaq sahəsinin qiymətləndirilməsi gəlirlilik və istifadəyə yararlılıq meyarları əsasında həyata keçirilir. Bundan əlavə olaraq torpaq təbii resursdur, buna görə də onu müxtəlif məqsədlərə nail olmaq üçün istifadə olunacaq alət qismində də qəbul etmək olar, bu məqsədlərin gəlir əldə etmək ilə bağlı olması mütləq deyil. İstənilən digər məhsul kimi, hər şeyin öz dəyəri var və bu dəyər zamandan asılı olaraq dəyişə bilər. Ona görə də torpaq və əmlakın dəyərləndirilməsi cari ana uyğun olaraq (hazırkı bazar qiymətləri ilə) həyata keçirilir.

Torpaq və torpaq sahələri aşağıdakı hallarda qiymətləndirmə zamanı ekspertin iştirakını tələb edir:

1. Bankda torpaq sahəsini girov qoymaqla kredit götürmək tələb olunursa;
2. Torpağı satmaq və ya onun özgəninkiləşdirməsini həyata keçirmək tələb olunursa (özgəninkiləşdirilmə -bir mülkün və s. dövlət və ya ictimai təşkilatlar xeyrinə zəbt edilməsi);
3. Müəssisənin nizamnamə fonduna üzvlük haqqı ödəmək zərurəti yaranıbsa;
4. Müəssisənin ailə üzvləri, səhmdarlar, pay sahibləri və ya şəriklər arasında bölünməsi təhlükəsi gözlənilirsə;
5. Kimsə mirasa sahib çıxarısa;
6. Müəssisənin biznes planını tərtib etmək tələb olunursa.

Daşınmaz əmlakın qiymətləndirilməsi müvafiq qanunvericiliyə uyğun olaraq bir sıra normativ sənədlərin və bazar məlumatlarının toplanması və analizi vasitəsi ilə müxtəlif obyektlərin dəyərinin müəyyən edilməsini nəzərdə tutur. Belə proseduralar yalnız yüksək peşəkarlıq səviyyəsi ilə seçilən mütəxəssislər tərəfindən keçirilməlidir, onlar nəinki müvafiq fəaliyyət sahəsi ilə bağlı lazımı biliklərə sahib olmalı, həmçinin əhəmiyyətli dərəcədə iş təcrübəsinə malik olmalıdır.

Ekspertlərin bütün fəaliyyəti qüvvədə olan normativ aktlara tam uyğun şəkildə həyata keçirilir və bu fəaliyyət böyük miqdarda sənədlərlə tənzimlənir. Sərəncamlar aktların tərtib olunması ilə bağlı müxtəlif tələbləri irəli sürür və qiymətləndirilmənin keçiriləcəyi metodları müəyyən edir. Normativ aktivlər isə indeks ölçülərini, aktivlərin balansa toplanması üsulları, valyuta dəyərinin bazar metodları əsasında hesablanması, kadastr qiymətləndirməsini və bir sıra digər vacib nüansları nəzərə alır.

Ümumilikdə isə əmlakın qiymətləndirilməsi adı altında peşəkar ekspertin daşınar və ya daşınmaz əmlak üzrə, müəssisənin maliyyə və qeyri maddi aktivləri üzrə, eləcədə bütünlüklə biznesin dəyərinin müəyyən edilməsi ilə bağlı irəli sürdüyü peşəkar rəylər başa düşülür.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər