Rusiyanın paytaxtı Moskvada yerləşən “Exo Moskvı” radiosu fəaliyyətini tamamilə dayandırıb.
TASS xəbər verir ki, bu barədə radionun keçmiş baş redaktoru Aleksey Venediktov martın 5-də bildirib.
“Radio ləğv edilib, redaksiya buraxılıb. Hər jurnalistə kompensasiya veriləcək və holdinq daxilində başqa bir iş təklif olunacaq. “Exo Moskvı” radiosu artıq mövcud deyil. Mənə hələ yeni iş təklif olunmayıb. Qanunla haqqım olanı ödəyirlər”, – deyə o qeyd edib.