26 C
Baku
Sunday, April 28, 2024

Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub

Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub.

Banker.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, fizika elmləri doktoru, dosent Sakin Cabarov Ali Attestasiya Komissiyasının sədr müavini təyin edilib.

Qeyd edək ki, Sakin Həmid oğlu Cabarov 1983-cü il avqustun 30-da Xaçmaz rayonunun Dədəli kəndində anadan olub.

Bakı Dövlət Universitetini bitirib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi fizika kafedrasında çalışıb. “Advanced Physical Research” jurnalının baş redaktoru olub. AMEA Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər