-1 C
Baku
Sunday, December 15, 2024

Ali Məhkəməyə iki yeni hakim təyin olunacaq

Bəzi apelyasiya məhkəmə hakimləri vəzifələrindən azad edilərək Ali Məhkəməyə təyin olunacaq.

Bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Bakı Apelyasiya məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apelyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub Asif oğlu Ali Məhkəməyə hakim təyin olunacaqlar.

Son xəbərlər
Digər xəbərlər