13 C
Baku
Friday, April 26, 2024

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başa çatıb

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, martın 1-dən başlayan sənəd qəbulu martın 15-i saat 23:59-da başa çatıb.

Ümumilikdə, ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 101489 olub. Onlardan 92544-ü Azərbaycan, 8945-i isə rus bölməsi üzrədir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu verənlərin sayı isə 89416-dır. Onlardan 83740-ı Azərbaycan, 5676-sı rus bölməsi üzrədir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər