13 C
Baku
Friday, April 19, 2024

Alman Deutsche Bank insanları robotlarla əvəz edir

Banker.az xəbər verir ki, Almaniyanın Deutsche Bank bankının icraçı direktoru Con Krayan Frankfurtda bankirlər qarşısında çıxış edərkən bildirib ki, onun cari personalının “böyük əksəriyyətini” robotların əvəz edəcəyini gözləyir.

Krayan bankın 100 min əməkdaşından neçəsinin məhz olaraq robot rəqibləri ilə əvəz olunacağını dəqiqləşdirməsə də, onların “böyük əksəriyyəti”-nin əvəz olunacağını vurğulayıb.

Bununla belə, Deutsche Bank artıq əməkdaşlarını geniş miqyasda ixtisar etməyə və bölmələri bağlamağa başlayıb.

Krayan həmçinin bildirib ki, bir çox əməkdaş avtomatlaşdırılmış iş əvəzinə, daha çətin və maraqlı tapşırıqları yerinə yetirə bilmək üçün peşə bacarıqlarının artırılması kursları keçməlidir.

Krayan robot texnikasının və süni intellektin bank sahəsində məşğulluğa mümkün təsiri barədə xəbərdarlıq edən yeganə şəxs deyil. Dünya iqtisadi forumunun 2016-cı il üzrə hesabatına əsasən, avtomatlaşdırma 2020-ci ilə qədər 5 milyon iş yerlərinin itirilməsinə gətirib çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər