9 C
Baku
Thursday, December 12, 2024

Alman şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət olunub

Energetika naziri Pərviz Şahbazov Almaniyanınnın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannı qəbul edib. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişafı perspektivlərindən bəhs edilib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub, bu sənədin Almaniya şirkətlərinin Azərbaycanın enerji sektoruna, xüsusilə “yaşıl enerji” sahəsinə yönəlməsi üçün bir mesaj olduğu vurğulanıb. Azərbaycanın bərpa olunan enerji layihələri barədə məlumat verilib. Alman şirkətlərinin ölkəmizə missiyasının təşkil olunması təklif edilib və şirkətlər bərpa olunan enerji sahəsində həyata keçiriləcək layihələrdə iştiraka dəvət olunub.

 

Son xəbərlər
Digər xəbərlər