10 C
Baku
Wednesday, December 11, 2024

Almaniya 2025-ci il üçün təxminən 5 mlrd. avro büdcə kəsiri olduğunu elan edib

Almaniyanın maliyyə naziri Kristian Lindner 2025-ci il üçün federal büdcə kəsirinin təqribən 5 milyard avro olduğunu deyib.

Linder bunu ZDF televiziyasına müsahibəsində deyib və məsələnin real həlli yolunu tapmaq üçün hələ çox vaxt olduğunu bildirib.

Nazir ayın ortalarına qədər Almaniya kansleri Olaf Şolz və vitse-kansler və iqtisadiyyat naziri Robert Habek ilə danışıqlar aparmaq niyyətindədir. Yalnız bundan sonra büdcə layihəsi Bundestaqa göndəriləcək ki, o da noyabrın sonunda qəbul edilməlidir.

Qeyd edək ki, iyulun 17-də Nazirlər Kabineti Almaniyanın 2025-ci il üçün büdcə layihəsini təsdiqləyib. Gələn il üçün olan büdcə 481 milyard avro təşkil edəcək. Gələn il Ukraynaya hərbi dəstək üçün 4 milyard avro ayrılacaq ki, bu da 2024-cü ildəkindən iki dəfə azdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər