14 C
Baku
Monday, May 6, 2024

Almaniya Çernobıl AES ətrafında külək elektrik stansiyası tikəcək

Ukrayna və Almaniya Çernobıl Atom Elektrik Stansiyasının ətrafında külək elektrik stansiyası tikmək niyyəti haqqında protokol imzalayıb.

Bu barədə Tagesschau qəzeti məlumat yayıb.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya səfəri zamanı qeyd edib ki, Ukrayna ilə Almaniya arasında enerji sahəsində əməkdaşlıq daha sıx olmalıdır. O hesab edir ki, Ukrayna daha çox bərpa olunan enerji mənbələrindən istifadə etməlidir.

Berbok bildirib ki, gələcəkdə Çernobıl AES-in ətrafında külək enerjisi parkı tikilə bilər. Ukraynanın Təbii Sərvətlər Nazirliyində keçirilən iclasda müvafiq niyyət protokolu imzalanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər