7 C
Baku
Sunday, December 15, 2024

Almaniya Polşa və Slovakiya ilə sərhədlərindən “Patriot” sistemlərini çıxarmağı planlaşdırır

Almaniya 2023-cü ildə Polşa və Slovakiya ilə şərq sərhədlərindən “Patriot” hava hücumundan müdafiə sistemlərini çıxarmağa hazırlaşır.

Bu barədə “Funke” redaksiya qrupunun qəzetləri məlumat yayıb.

“Biz planlarımızı bu ölkələrə çatdırdıq. Təbii ki, vəziyyətin potensial dəyişikliyinə cavab verə bilmələri üçün tərəfdaşlarımızla daimi əlaqə saxlayırıq”, – Almaniya Müdafiə Nazirliyinin sözçüsü deyib.

“Patriot” sistemi və ona xidmət edən alman hərbçiləri yanvarın ortalarında Polşada yerləşdirilib. Bu silah ötən il noyabrın 15-də Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin raketinin respublikaya düşməsindən sonra verilib.

2022-ci ildə Almaniya Slovakiyaya iki “Patriot” sistemi göndərib.

Son xəbərlər
Digər xəbərlər