Almaniya prezidenti Bundestaqın buraxıldığını və növbədənkənar seçkilərin 2025-ci il fevralın 23-nə təyin edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb, “Reuters” məlumat verir.
Frank-Valter Ştaynmayer kansler Olaf Şolzun təşəbbüsü ilə parlamenti buraxıb. Xatırladaq ki, dekabrın 20-də cənab Ştaynmayer parlamentin buraxılması barədə qərar qəbul etməyə razılaşıb.