Almaniya hökuməti Rusiyanın 5.046 milyard avro (5.35 milyard dollar) dəyərində aktivlərini bloklayıb. Bu barədə ölkənin Avropa Parlamentinin deputatı Kristian Gerkenin sorğusuna verdiyi cavabda göstərilib.
Hökumətin cavabından belə çıxır ki, dondurulmuş aktivlərin məbləğinə Almaniya bank hesablarında olan 2.217 milyard avro (2.35 milyard dollar) vəsait daxildir. Xatırladaq ki, yay aylarında Almaniya hökuməti Rusiyanın fiziki və hüquqi şəxslərinin dondurulmuş aktivlərini 4.48 milyard avro dəyərində qiymətləndirmişdi.
Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Eyni zamanda, Avropa Komissiyası Rusiyanın nə qədər ehtiyatının dondurulduğunu dəqiq bilmir. Sənəddə 33.8 milyard avro göstərilsə də, məlumatlar hələ yoxlanmayıb. Noyabr ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya kömək etmək üçün Rusiyanın aktivlərinin müsadirə edilməsini təklif etmişdi.
Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Avropa İttifaqı və onun müttəfiqləri Rusiya Mərkəzi Bankının hesablarında saxlanılan yüz milyardlarla dollarlıq valyuta ehtiyatlarını dondurublar. Maliyyə naziri Anton Siluanov mart ayında Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən 640 milyard dollarından 300 milyard dollarının dondurulduğunu deyib.