-3 C
Baku
Sunday, December 15, 2024

Almaniyada iqtisadi cinayətkarlıq artır

Almaniyada şirkətlərin üçdəbirindən çoxu “ağ yaxalıların” cinayətlərindən əziyyət çəkir. IT şirkətləri bundan daha çox zərər görürlər. Vurulan ziyanın məbləği isə milyardlarla avrodur.

Alman İqtisadiyyat İnstitutunun məlumatlarına əsasən, ötən il Almaniyadakı bütün şirkətlərin 34 faizi iqtisadi cinayətkarlıq halları – dələduzluq, qadağan edilmiş qiymət sövdələşməsi, korrupsiya, vergidən yayınma və bəyan edilməmiş fəaliyyət ilə üzləşib. Kölndəki Alman İqtisadiyyat İnstitutunun qeyd etdiyi kimi, bu, 2014-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

İnstitutun məlumatına görə, ardıcıl üçüncü ildir ki, ölkədə iqtisadi cinayətlərin sayı artır. 2022-ci ildə onların ümumi sayı təxminən 73 min təşkil edib. Amma son beş ildə belə halların orta göstəricisi 53 min olub. İnstitut hesab edir ki, qeydə alınmamış hallar da çoxdur.

Almaniyada “ağ yaxalılar” 30-40 yaş arasında olan kişilərdən ibarətdir. Onlar adətən almandır, yüksək təhsilə və rəhbər vəzifədə bir neçə illik böyük peşəkar iş təcrübəsinə malikdirlər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər