7 C
Baku
Thursday, December 12, 2024

Almaniyada yeni euro sikkələri dövriyyəyə buraxıldı

Yeni 5 euro dəyərində olan sikkələr Almaniyada dövriyyəyə buraxılıb. “Deutsche Welle” saytında yazılan məlumata görə, bir üzündə Almaniya federal dövlətinin rəmzi hesab edilən qartalın olduğu sikkənindigər üzündə dünyanı simvolizə edən mavi dairə, onun içərisində isə Avropa və Afrikaqitələrinin əsas planda göründüyü dünya xəritəsi həkk olunub. Mavi dairə ilə xarici çənbər arasında isə müxtəlif planetlər nəzərə çarpır.

600@0

Yeni metal pulun hər hansı bir saxtakarlıq ehtimalına qarşı xüsusi texnika ilə hazırlandığı bildirilir. Belə ki, 5 euroluq sikkənin xarici çənbəri ilə mərkəzi arasındakı dairəvi hissədə işıq keçirən polimerdən istifadə edilib.

5 euroluq sikkələrdən ilkin mərhələdə 22.5 milyon ədəd (112 milyon 500 min euro) hazırlanaraq dövriyyəyə buraxılıb. Onlardan xüsusi buraxılış olan 250 min ədədi artıq kolleksiyaçılar tərəfindən alınıb.

Almaniyada 1, 2, 5, 10, 20 və 50 sentlə yanaşı 1 və 2 euro dəyərində sikkələr də dövriyyədədir. 5 euroluq sikkənin Almaniyanın xaricindəki Avropa İttifaqı ölkələrində istifadə olunması gözlənilmir.

Bundan əvvəl isə Belçika “Vaterlo” qələbəsinin 200 illiyi münasibəti ilə ötən il dövriyyəyə 2 euro dəyərində xatirə sikkəsi buraxmışdı. Həmin sikkələr “Vaterlo” döyüşünün məğlub tərəfi olan Fransanın hiddətinə səbəb olmuşdu.

-ANSPRESS

Son xəbərlər
Digər xəbərlər