6 C
Baku
Saturday, December 14, 2024

“Alphabet” internetin hava balonu vasitəsilə paylanması layihəsini bağlayır

“Alphabet” şirkəti internetin hava balonları vasitəsilə paylanması layihəsini bağlayır. Söhbət “Loon” layihəsindən gedir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Bir çox tərəfdaşımız olsa da, uzunmüddətli və davamlı iş qurmaq üçün xərcləri azaltmağın yolunu tapa bilmədik”, – deyə layihənin baş direktoru Alaster Uestqart söyləyib. O, yeni texnologiyaların inkişaf etdirilməsinin hər zaman riskli bir iş olduğunu vurğulayıb.

Bildirildiyi kimi, “Loon” ilk növbədə maliyyə çətinlikləri ilə üzləşib. 2019-cu ildə cəlb edilən investisiyalar tükənib. Xatırladaq ki, “Loon” 2013-cü ildə işə salınmışdır. Layihə interneti çəkmək mümkün olmayan yerlərdə 20 km hündürlükdə aerostatların quraşdırılmasını nəzərdə tutur. Hər bir aerostat anten, günəş panelləri və paraşütlə təchiz olunub.

2020-ci ilin əvvəlində “Alphabet” daha bir layihəsini bağlayıb – elektrik enerjisini istehsal edən çərpələng (“Makani”).

Son xəbərlər
Digər xəbərlər