10 C
Baku
Thursday, December 12, 2024

Alüminium qiymətləri daha da bahalaşdı

Qvineyadakı siyasi qarışıqlıq, alüminium istehsalı üçün istifadə olunan xammalın tədarükü ilə bağlı narahatlıqlar yaratdıqdan sonra alüminium qiymətləri kəskin şəkildə artmağa davam edib.

Banker.az xəbər verir ki, Alüminium, bu il London bazarında qlobal təşviq tədbirlərinin tələbi artırması ilə 40% bahalaşıb. London Metal Birjasında (LME) alüminium qiymətləri 1.8% artaraq tonu 2 min 775 dollara qədər qalxaraq 2011-ci ilin may ayından bəri ən yüksək səviyyəsini görüb.  Çinin alüminium ilə əlaqədar şirkətlərinin səhmləri də bahalaşıb. “Aluminum Corp. of China” şirkətinin səhmləri Honq Konq birjasında 10% dəyər qazanıb.

Afrika ölkəsi olan Qvineya alüminium istehsalında istifadə olunan boksitin ən əhəmiyyətli istehsalçılarından biridir və bu ölkə Çinin boksit idxalının yarıdan çoxunu qarşılayır.

Qeyd edək ki, Qvineyada hərbi çevriliş olub. Qiyamçıların lideri polkovnik Mamadi Dumbuya hökumətin buraxıldığını, Konstitusiyanın qüvvəsini dayandırdığını və ölkənin sərhədlərinin bağlanıldığını elan edib.
Son xəbərlər
Digər xəbərlər