Alüminiumun qiyməti artaraq, təxminən, üç ilin ən yüksək səviyyəsinə çatıb.
Çikaqo Ticarət Birjasında alüminiumun iyun fyuçerslərinin dəyəri 2 313,75 ABŞ dollarına yüksəlib. Bu 2018-ci ilin iyunun 11-dən bəri ən yüksək göstəricidir.
London Metal Birjasında (LME) tədarükü üç ay sonra nəzərdə tutulan alüminiumun bir tonunun qiyməti 1.37% artaraq 2 293 dollara yüksəlib. Bir qədər öncə bu göstərici 2 304 dollar olub ki, bu da 2018-ci ilin iyunundan bəri ən yüksək qiymətdir.
Bu arada misin dəyəri 0.43% artaraq 8 899.5 dollar təşkil edib. Sink isə 1% bahalaşıb və bir tonu 2 785,5 dollara satılıb.