15 C
Baku
Friday, April 26, 2024

Alyansın yeni konsepsiyası qəbul olunacaq

Bu gün İspaniyanın paytaxtı Madriddə NATO-nun növbəti sammiti başlayır.

İclasda Alyans ölkələrinin dövlət və hökumət başçıları iştirak edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edəcək. Ukraynanın dövlət başçısı Volodimir Zelenski sammitə videoformatda qatılacaq.

Sammitdə qurumun yeni strateji konsepsiyası qəbul olunacaq. Həmçinin Ukraynaya dəstək, NATO-nun xərclərinin artırılması məsələləri müzakirə ediləcək.

İclas iki gün davam edəcək.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər