10 C
Baku
Friday, December 13, 2024

Amazon-dan növbəti bahalı addım

Amerikanın online mağazası olan Amazon video oyun yayımlayıcı xidməti olan Twitch-i 970 milyon dollara alacaq.

Twitch istifadəçilərə pulsuz şəkildə game-play videolarını pulsuz şəkildə yükləmək və baxmaq imkanı yaradır. Qeyd edək ki, bu videoları oyun konsolları və fərdi kompüterlərdə yaratmaq mümkündür. Bununla yanaşı, bu xidmət vasitəsilə oyun zamanında mesajlaşmaq da mümkündür.

Qeyd edək ki, Twitch 2011-ci ilin iyun ayında yaradılıb. Hazırda portal video oyun translyasiyası üçün nəzərdə tutulmuş ən populyar xidmətlərdən biridir.

Xidmətin özünün verdiyi məlumata görə, portalı il ərzində 50 milyon istifadəçi ziyarət edir, 1,1 milyon istifadəçi isə ayda 1 dəfə belə olsun video yayımlayır.

Təxminlərə əsasən, Amazon şirkətinin bu yeni “alış-verişi” ona YouTube və Netfix kimi nəhəng video xidmətlər ilə rəqabət apara biləcək.

Son xəbərlər
Digər xəbərlər