17 C
Baku
Saturday, May 18, 2024

AMB açıq bankçılığa keçid hədəfini açıqlayıb

Qapalı bankçılıqdan açıq bankçılığa keçid və daha sonra açıq maliyyə konsepsiyasına keçidin reallaşdırılması Azərbaycan Mərkəzi Bankının (AMB) əsas hədəfidir.

Bunu AMB-nin sədri Taleh Kazımov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində təşkil olunan konfransda deyib.

Onun sözlərinə görə, bu maliyyə institutlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tədbirlərin gücləndirilməsini zəruri edir: “Maliyyə bazarında kiberdayanıqlılığın və informasiya təhlükəsizliyinin gücləndirilməsi, risklərə qarşı adekvat nəzarət mexanizmlərin tətbiqi və risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması kimi məsələlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər